Gürcüstanda komendant saatı tətbiq olunacaq
    • 30-03-2020, 17:37
    • 784

Gürcüstanda komendant saatı tətbiq olunacaq

Sabahdan Gürcüstan bütün ərazisində komendant saatı tətbiq olunacaq.

Bu barədə ölkənin baş naziri Giorgi Qaxaria brifinqdə bildirib.
Onun sözlərinə görə, saat 21:00-dan saat 06:00-dək piyadaların və nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq.
Qeyd edək ki, qonşu ölkədə aprelin 21-dək fövqəladə vəziyyət qüvvədədir. Sabahdan ölkədə ümumi karantin rejimi tətbiq olunacaq. /Report/