Karantin rejimini pozanlar cəzalandırılacaq - RUHANİ
    • 31-03-2020, 13:10
    • 589

Karantin rejimini pozanlar cəzalandırılacaq - RUHANİ

"Koronavirusa yoluxanlar özlərini təcrid etməlidirlər".

News24.az xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani qərargahın ölkədə koronavirusa qarşı mübarizə ilə bağlı verdiyi qərarları barədə danışarkən deyib. H.Ruhani qeyd edib ki, əgər bir şəxsdə koronavirus testinin nəticəsi müsbət olubsa, deməli o özünü karantinə almalıdır. Özünü pis hiss etdiyi halda isə xəstəxanaya getməlidir. 

Onun sözlərinə görə, səhhətinin yaxşı olmasına baxmayaraq xəstə adam çölə çıxmamalıdır. Evdə karantin şəaritində qalmalı və ya xüsusi təyin olunmuş bir qurumla əlaqə saxlamalıdır.

Prezident qeyd edib ki, koronavirus xəstələri özünü təcridetmə rejimini pozduğu halda qanunla cəzalandırılacaqlar. . Ruhaninin sözlərinə görə, hakimiyyət əvvəllər tətbiq olunan "sərt məhdudiyyətləri" o cümlədən ölkə daxilindəki gəzinti qadağasını aprelin 8-dək,  qədər uzadıb.