12 yaşlı uşaq KORONAVİRUSDAN ÖLDÜ
    • 31-03-2020, 14:09
    • 577

12 yaşlı uşaq KORONAVİRUSDAN ÖLDÜ

Belçikada koronavirusda ölənlərin sayı 98 nəfər artaraq 705-ə çatıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin böhran qərargahından məlumat verilib. Qeyd edilib ki, vəfat edənlər arasında 12 yaşlı uşaq da var.

Hal-hazırda Belçikada ümumilikdə 12775 nəfər (son 24 saat ərzində 876 yeni hadisə) koronavirusa yoluxub.