Türkiyədə koronavirusdan ölənlərin sayı 200-ü keçdi
    • 31-03-2020, 21:11
    • 1 058

Türkiyədə koronavirusdan ölənlərin sayı 200-ü keçdi

Türkiyədə son sutka ərzində koronavirusdan daha 46 nəfər ölüb.

News24.az xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Gün ərzində 15 442 test aparılıb, onlardan 2 704-nün nəticəsi pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 13 531, ölənlərin sayı isə 214-dür.