Niderlandın 101 yaşlı sakini koronavirusdan sağaldı
    • 1-04-2020, 00:18
    • 645

Niderlandın 101 yaşlı sakini koronavirusdan sağaldı

Niderlandda 101 yaşlı qadının koronavirusdan müalicəsi effektiv nəticə verib.


News24.az xəbər verir ki, bu barədə yerli NL “Times” nəşri bildirib.


Bildirilir ki, uzunömürlü qadın ölkənin qərbindəki Cənubi Hollandiya vilayətində xəstəxanadan evə buraxılıb.


"O cəsarətli qadındır, onun sosial qaydalara riayət etdiyini görmək necə gözəldir", - xəstəxananın həlim-pulmonoloqu nəşrə deyib.

Həkim əlavə edib ki, həmkarları pasiyentin sağalması haqqında xəbərdən seviniblər. "Xoşbəxtlikdən müsbət təcrübə var", - o qeyd edib.