Daha bir ev pişiyi KORONAVİRUSA YOLUXDU
    • 1-04-2020, 10:42
    • 1 222

Daha bir ev pişiyi KORONAVİRUSA YOLUXDU

Honq Konqda ev pişiyi koronavirusa yoluxub.

News24.az RİA-ya istinadən xəbər verir ki, Şəhər Kənd Təsərrüfatı və Balıqçılıq İdarəsindən verilən məlumata görə, ev heyvanında simptomlar olmayıb və koronavirus ona sahibindən ötürülüb. Hazırda pişik təcrid olunub.

Qeyd edək ki, bundan əvvəl Belçikada da ev pişiyi sahibindən koronavirusa yoluxmuşdu.