Çinli həkimdən koronavirus məsləhəti - BUNLARI YEMƏYİN!
    • 1-04-2020, 11:17
    • 1 088

Çinli həkimdən koronavirus məsləhəti - BUNLARI YEMƏYİN!

Çində koronavirusla mübarizə aparan həkim Vanq Yuquanq koronavirusla bağlı məsləhətlər verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, o koronavirusdan qorunmağın effektiv yollarını açıqlayıb. Həkim bildirib ki, balanslı qidalanma, immun sisteminin gücləndirilməsi, istirahət, yaxşı yatmaq və təşvişə düşməmək lazımdır. 

V.Yuquanq vurğulayıb ki, Çin tibbinə görə, Covid-19 virusunun xüsusiyyəti "nəmli patogen"dir. Buna görə də mal əti, qoyun əti və həzm olunmayan yağlı qidalar az yeyilməlidir. Bu qidalar "nəmli patogen"lərə səbəb olur.