Karantin zamanı asayişi pozanlar güllələnəcək - ŞOK ƏMR
    • 2-04-2020, 12:19
    • 1 125

Karantin zamanı asayişi pozanlar güllələnəcək - ŞOK ƏMR

Filippin Prezidenti Rodrigo Duterte polisə və silahlı qüvvələrə koronavirusa qarşı karantini zamanı ölkədə sülh və asayişi pozan, etirazları davam etdirənlərə atəş açmaları ilə bağlı göstəriş verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq əmr Quezon şəhərində bir neçə yoxsul ailənin nümayəndəsinin yerli hakimiyyət orqanlarından qida və digər yardım tələb edən etiraz aksiyası keçirməsindən sonra verilib. Bu zaman 20-yə yaxın şəxs saxlanılıb. 

Əmrdə deyilir: "Polis və orduya əmrim... Əgər həyatınıza təhlükə yaradan münaqişə və ya dava başlasa, onları vurun".

Prezidentin göstərişinə cavab olaraq Filippin Milli Polis İdarəsinin rəisi Arçie Qamboa, hüquq-mühafizə orqanlarının əməkdaşlarının heç kəsi öldürməyəcəyini bildirib. O qeyd edib ki, prezidentin göstərişi şişirdilmişdir.