Maskalarını çıxaran həkimlər - FOTOLAR
    • 2-04-2020, 17:07
    • 601

Maskalarını çıxaran həkimlər - FOTOLAR

Dünyadakı minlərlə həkim, tibb bacısı və orta tibb işçisi koronavirusla mübarizə üçün səfərbər olunub.

News24.az xəbər verir ki, pandemiyanın ən güclü zərbəsi isə italiyalı həkimlərin hesabına düşüb. Onlar gecə-gündüz, qoruyucu kostyumlarını çıxarmadan işləyirlər.

Onların üzlərini yalnız iş gününün sonunda gücdən düşdükdə, duş almaq, yemək, bir az yatmaq üçün maskalarını çıxardıqda görmək mümkündür. 

Associated Pressin fotoqrafları həkimlərin nadir fasilələri zamanı bu görüntüləri çəkməyi bacarıb.