Qapı tutacağı, su kranı və mobil telefonlar KORONAVİRUSA YOLUXDURMUR - ARAŞDIRMA
    • 2-04-2020, 19:20
    • 582

Qapı tutacağı, su kranı və mobil telefonlar KORONAVİRUSA YOLUXDURMUR - ARAŞDIRMA

Almaniyanın Bonn Universitetinin Viroloji İnstitutunun rəhbəri Hendrik Strik, laboratoriyada deyil, ən ağır simptomu olan xəstələrin evlərində koronavirusunun (Covid-19) yoluxma yollarını araşdırıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı alimin iddiasına görə, virus mobil telefon, kran və ya qapı tutacağı ilə insana ötürülmür. 
Virusoloq həmkarlarından çox fərqli bir iddia irəli sürüb. Onun sözlərinə görə, insanlar market alış-verişlərində, restoranlarda və ya qəssablarda koronavirusa yoluxmur.
O bildirib ki, virusun ötürülmə məkanlarının izdihamlı və daha çox vaxtın keçirildiyi yerlər, stadionlar, konsertlər, barlar, əyləncə və tətil yerləridir. 

O vurğulayıb ki, koronaviruslu xəstələrin evində olub. H.Strik araşdırma zamanı qapı tutacaqlarında, mobil telefonlarda və kranlarda virusa rast gəlmədiyini açıqlayıb.