“Zoom” mesencer məxfilik məlumatlarını Çinə ötürür
    • 3-04-2020, 14:54
    • 636

“Zoom” mesencer məxfilik məlumatlarını Çinə ötürür

Koronavirus pandemiyası dövründə evdən işləmək üçün video-zəngləri gerçəkləşdirmək üçün ən çox populyarlıq qazanan “Zoom” mesencer məxfilik məlumatlarını Çinə ötürür. Araşdırmaçılar iddia edir ki, Çindən idarə olunan bu proqram, şifrələnmiş söhbət və kodları aşkarlamaq gücünə malikdir, bununla bağlı akademiklər bir neçə testlər nəticəsində tapıblar.

News24.az banker.az-a istinadən yazır ki, məxfilik və təhlükəsizlik çatışmamazlığı ilə bağlı artıq “Zoom” üzürxahlıq edib. Toronto Universiteti nəzdində fəaliyyət göstərən “Citizen Lab”da çalışan Bill Marczak və John Scott-Railton-un təqdim etdikləri tapıntılarında ABŞ hökumət təşkilatlarının bundan (Zoom) istifadə etməməsi məsələsini bir daha ortaya çıxarır.

Ötən gün öncə Forbes tərəfindən ABŞ agetliklərinin martın son günlərində 1,3 milyon dollarlıq “Zoom” üzərində xərc çəkdiyi məlum olum. Bu tətbiq üzərində pul xərcləmələrdə bir neçə dövlət agentliyinin adı çəkilsə də, ən diqqət çəkən ölkənin Fövqəladə İdarəetmə Agentliyidir. Pandemiya dövründə artıq 21 milyondan çox ABŞ vətəndaşının məxfi məlumatları “Zoom”la Çinə ötürülmüşdür.

Ötən gün isə Elon Maskın “SpaceX” aerokosmik şirkəti və NASA işçilərinə “Zoom”dan istifadəyə qadağa ilə bağlı e-poçt məktubu göndərib.