BMT əməkdaşı KORONAVİRUSDAN ÖLDÜ
    • 3-04-2020, 15:18
    • 512

BMT əməkdaşı KORONAVİRUSDAN ÖLDÜ

BMT-nin Əfqanıstandakı əməkdaşı koronavirusdan ölüb.

Məlumatı BMT-nin Əfqanıstandakı nümayəndəliyi yayıb.

Bildirilib ki, təşkilatın əməkdaşları hazırda təcrid edilib.

Əfqanıstan Səhiyyə Nazirliyi bildirib ki, ölkə üzrə 273 yoluxma faktı qeydə alınıb.

Bir müddət əvvəl Dünya Bankı Əfqanıstanda koronavirusa qarşı mübarizəyə 100,4 milyon ABŞ dolları maliyyə vəsaiti ayırıb./Report/