Messinin şəxsi təyyarəsi Brüsselə məcburi ENİŞ ETDİ
    • 3-04-2020, 16:18
    • 755

Messinin şəxsi təyyarəsi Brüsselə məcburi ENİŞ ETDİ

İspaniyanın "Barselona" klubunun kapitanı Lionel Messiyə məxsus təyyarə texniki problemlərə görə Belçikanın paytaxtı Brüsselə məcburi eniş edib.

Argentinalı futbolçu və ailəsinin hava gəmisində olub-olmaması barədə məlumat yoxdur.
İddiaya görə, ötən gün Argentinadan havaya qalxan təyyarə Braziliyada fasilə verdikdən sonra bu gün Brüsseldəki hava limanına enib. Ardınca təyyarə İspaniyanın Tenerife şəhərinə yola düşməli olsa da, texniki səbəblərdən aeroporta təcili eniş edib.
Qeyd edək ki, Lionel Messi təyyarəni 2018-ci ildə 12,5 milyon avroya alıb. /Report/