Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNDİ
    • 4-04-2020, 14:00
    • 840

Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNDİ

Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır. 
O, Marneuli rayonunun Kəpənəkçi kənd sakini olub.

***
13.37
Gürcüstanda koronavirusa yoluxanlardan biri ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Dünyasını dəyişən pasiyent 79 yaşlı qadındır. O, martın 31-də xəstəxanaya yerləşdirilib. Qadın bir sıra digər xəstəliklərdən də əziyyət çəkirmiş.
Pasiyentin Marneulidən olduğu bildirilir. 
Bu günə qədər Gürcüstanda koronavirusa 157 nəfər yoluxub ki, onların da 28-i tam sağalıb./Report/