Türkiyədə koronavirus 574 nəfərin HƏYATINA SON QOYDU
    • 5-04-2020, 21:20
    • 828

Türkiyədə koronavirus 574 nəfərin HƏYATINA SON QOYDU

Türkiyədə daha 73 koronavirus xəstəsi ölüb. 

News24.az "CNN Türk"ə iustinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib. Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 574-ə çatıb. 

F.Qoca sutka ərzində 3135 nəfərdə koronavirus aşkarlandığını deyib. Ümumi yoluxmaların sayı isə 27069-dur. Səhiyyə naziri koronavirusdan bu günə qədər 1042 xəstənin sağaldığını da vurğulayıb.