Ərdoğandan təlimat - MASKALAR PULSUZ OLDU
    • 5-04-2020, 22:55
    • 846

Ərdoğandan təlimat - MASKALAR PULSUZ OLDU

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan koronavirusla bağlı təlimat verib. 

News24.az xəbər verir ki, prezidentin göstərişi ilə ölkə ərazisində 20-65 yaş arası vətəndaşlara qoruyucu maskalar pulsuz paylanacaq. Bu barədə Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin Rəhbəri Fəxrəddin Altun məlumat verib. 

Bildirilib ki, maskalar pulsuz olaraq həftədə bir dəfə 5 ədəd olmaqla vətəndaşların evinə çatdırılacaq.