Yaponiyada fövqəladə vəziyyət ELAN EDİLDİ
    • 7-04-2020, 13:48
    • 608

Yaponiyada fövqəladə vəziyyət ELAN EDİLDİ


Yaponiyanın Baş naziri Şinzo Abe ölkənin yeddi bölgəsində fövqəladə vəziyyət elan edildiyini bildirib. 

News24.az xarici KİV-ə istinan xəbər verir ki, fövqəladə vəziyyət rejimi bir ay ərzində Tokio, Osaka və ölkənin digər beş prefekturasında - Kanagava, Saitama, Çiba, Hyogo və Fukuokada şəhərlərində keçərli olacaq. 

Ş.Abe iki həftə ərzin koronavirus yoluxmalarının pik həddi çatması və yayılmasının azalması üçün insanlar arasındakı təmasları 70-80 faiz azaltmağa çağırıb. 

Bununla yanaşı, Yaponiyada Çində və Avropada olduğu kimi, insanların hərəkətinə məcburi məhdudiyyətlər qoyulmayacağı qeyd edilib.