Ölümlər gizlədilir- Erməni qrupundan şok bəyana
    • 9-04-2020, 01:54
    • 640

Ölümlər gizlədilir- Erməni qrupundan şok bəyana

“COVİD-10 Ermənistan” qrupu Ermənistanda koronavirusla bağlı vəziyyətə dair növbəti müraciət yayıb.

Qrup fövqəladə vəziyyət rejimini nəzarə alaraq, bəzi faktların dəqiqləşdirilməsi üçün müraciət etdiklərini, lakin rəsmi qurumların faktları gizlətdiyini açıqlayıb.
Qrup əsasən hakimiyyətin gizlətməyə çalışdığı iki fakta diqqət çəkib: Birincisi, ikiaylıq körpənin koronavirusa yoluxması. Belə ki, bu faktı Səhiyyə Nazirliyi ciddi şəkildə təkzib etməyə çalışıb, yalnız məlumatlar ictimailəşəndən sonra etiraf etmək məcburiyyətində qalıb.
İkinci fakt isə Alapars kəndindəki 59 yaşlı M.Q. adlı qadınla bağlıdır. Rəsmi məlumatda qadının infarktdan öldüyü bildirilmişdi. Daha sonra isə ölən qadının əri və oğlunun koronavirusla bağlı test nəticələri pozitiv çıxdı.

“Buna baxmayaraq, qadının ölüm səbəbi kimi yenə də koronavirus pandemiyası göstərilmədi. Buna görə də hesab edirik ki, Ermənistan hökuməti koronavirusdan ölüm faktlarını ciddi şəkildə gizlədir”, - müraciətdə bildirilib. /Axar.az/