ÜST koronavirusa qalib gələn 107 yaşlı QADINDAN DANIŞDI
    • 9-04-2020, 15:35
    • 670

ÜST koronavirusa qalib gələn 107 yaşlı QADINDAN DANIŞDI

Hollandiyadan olan 107 yaşında bir qadın koronavirusa yoluxan dünyanın ən yaşlı insanı olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Hollandiya əyalətindəki Qure-Overfleyk adasından olan Kornelia Ras mart ayının ortalarında qocalar evində kilsə xidməti zamanı koronavirusa yoluxub. Bu həftənin əvvəli isə onun sağaldığı açıqlanıb. 

Ümumdünya Səhiyyə Təşkilatından bildirilib ki, K.Rasdan yaşlı xəstə haqda onlarda məlumat yoxdur.