Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların SAYI AÇIQLANDI
    • 9-04-2020, 21:38
    • 626

Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların SAYI AÇIQLANDI

“Bizdə olan rəsmi məlumatlara görə, indiyədək Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub”.
Bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ARB24 telekanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən ikisi artıq evə buraxılıb: “Çünki onların vəziyyətləri tam qənaətbəxşdir. Bir nəfər isə hələ ki xəstəxanadadır. Amma onun da vəziyyəti normaldır”. /Report/