Koronavirusa yoluxmuş NATO-nun keçmiş baş katibi sağalıb
    • 10-04-2020, 00:56
    • 800

Koronavirusa yoluxmuş NATO-nun keçmiş baş katibi sağalıb

Koronavirusa yoluxmuş NATO-nun keçmiş baş katibi Haviyer Solana sağalıb.

Bu barədə Haviyer Solana "Twitter"də bildirib.
"4 həftə yarımdan sonra mən xəstəxananı tərk edirəm və evə gedirəm. Bu müddət ərzində məni dəstəkləyən bütün dostlarıma təşəkkür edirəm", - o qeyd edib.
Xatırladaq ki, koronavirusa yoluxduğu məlum olduqdan sonra NATO-nun 77 yaşlı sabiq baş katibi Haviyer Solana martın əvvəllərində Madriddə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Haviyer Solana 1995-1999-cu illərdə NATO-nun baş katibi, 1999-2009-cu illərdə Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi, 1992-1995-ci illərdə Baş nazir Felipe Qonzalesin başçılıq etdiyi hökumətdə İspaniyanın Xarici İşlər naziri olub./APA/