Ermənistan parlamentinin qarşısında hadisə - VƏTƏNDAŞ AĞZINI TİKDİ
    • 11-04-2020, 21:08
    • 470

Ermənistan parlamentinin qarşısında hadisə - VƏTƏNDAŞ AĞZINI TİKDİ

29 yaşlı şəxs Yerevanda Ermənistan parlamentinin qarşısında ağzını tikib.

News24.az RİA-ya istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, 1991-ci il təvəllüdlü M.Migrannın bu adımı atmasına səbəb ailə və sosial problemləri olub.

Hadisə yerinə əməliyyat qrupunun işçiləri və psixoloq yerə yollanıb. Ona yerində psixoloji yardım göstərilib.

Vətəndaş polis bölməsinə aparılıb. Hadisə yerinə təcili yardım qrupu da gəlsə də, zərərçəkən tibbi xidmətdən imtina edib.