Türkiyədə koronovirusdan ölənırin sayı 1518 nəfərə çatıb
    • 15-04-2020, 21:33
    • 814

Türkiyədə koronovirusdan ölənırin sayı 1518 nəfərə çatıb

Türkiyədə yeni növ koronovirusdan (COVID-19) bu gün daha 115  nəfər ölüb, indiyədək isə 1518 nəfər ölüb. 

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca tvitter hesabında bildirib.

Nazir deyib ki, son 24 saatda 34090  şübhəli koronavirus testindən keçib, onlardan 4281-nin cavabı pozitiv çıxıb.

Bugünədək 69392 nəfər  koronavirusa yoluxub. Onlardan 1820 nəfəri reanimasiyadadır, 5674 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 875 xəstə bu gün evə buraxılıb.

F.Qoca, həmçinin Türkiyədə indiyə qədər 477716 nəfərin testdən keçdiyini qeyd edib.