İranda yüzminlərlə cücə DİRİ-DİRİ BASDIRILDI - VİDEO
    • 19-04-2020, 20:33
    • 1 192

İranda yüzminlərlə cücə DİRİ-DİRİ BASDIRILDI - VİDEO

İranda toyuq ətinə tələbatın azalması səbəbi ilə yüz minlərlə cücə üstünə torpaq tökülərək diri-diri basdırılıb.

News24.az İHA-ya istinadən xəbər verir ki, sosial mediada yayımlanan görüntülərdə yük maşınındakı yüz minlərlə cücə əvvəlcə boş dərəyə tökülüb, sonra isə torpaqla basdırılıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə etirazla qarşılanıb.

Cücələrin öldürülməsinə digər səbəb isə İran Kənd Təsərrüfatı Nazirliyinin  koronavirusa görə xəbərdarlığına şirkətlərin məhəl qoymayaraq toyuq istehsalçılı azaltmamasıdır.