Azərbaycanda internet niyə çökdü?- SƏBƏB

Azərbaycanda internet niyə çökdü?- SƏBƏB
Dünya

21 aprel 2020, 17:53

Mətn ölçüsü

Bir neçə saatdır ki, ölkə ərazisində internet fəaliyyətində problemlər yaranıb.

News24.az xəbər verir ki, bir çox provayderlərdə sürətin zəifliyi ilə yanaşı kəsintilər də olur. Ən böyük problemlə isə "KATV1" provayderinin istifadıçiləri rastlaşıblar. Belə ki, sözügedən proyaderin istifadəçilərinə internetin verilişi tamamən dayanıb. Məsələ ilə bağlı şirkət rəsmi açıqlama verib.

Bildirilib ki, internetin kəsilməsin səbəb xaricdən interneti ötürən provayderdə yaranan texniki nasazlıqlardır:"İnternet xidmətinin təchizatında çətinliklər yaranıb. Hal-hazırda zəruri işlər aparılır və qısa zaman ərzində problem həll ediləcək".