Gürcüstanda etirazlar baş qaldırdı: Xalq Saakaşvilini tələb edir - VİDEO

Gürcüstanda etirazlar baş qaldırdı: Xalq Saakaşvilini tələb edir - VİDEO
Dünya / HADİSƏ / Video

22 aprel 2020, 21:46

Mətn ölçüsü

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkədə bu gün Marneuli regionunda keçirilən etiraz aksiyasından görüntüləri paylaşıb.

News24.az-ın xəbərinə görə, Saakaşvili bildirib ki, Marneulidə əhali onun adını çəkərək işlə bağlı məhdudiyyətlərin qaldırılmasını tələb edib: "Gürcüstanın küçəyə çıxmaqla bağlı çox sərt məhdudiyyətlər var. İnsanlar Ukraynada olduğu kimi Gürcüstanında da iqtisadi perspektivlərindən çox narahatdırlar".

Qeyd edək ki, etiraz aksiyasında Marneuli bölgəsində ciddi karantin rejiminin ləğvi və məhsulların bazarlara çıxarılması üçün yolların açılması tələb olunub.

Sevda Bayramova

YouTube