Koronavirusa qarşı 83 peyvənd hazırlandı - 6-SI İNSAN ÜZƏRİNDƏ TEST EDİLİR
    • 24-04-2020, 00:07
    • 778

Koronavirusa qarşı 83 peyvənd hazırlandı - 6-SI İNSAN ÜZƏRİNDƏ TEST EDİLİR

Koronavirus epidemiyası səbəbindən ölənlərin sayı 185 mini keçsə də, alimlər və əczaçılıq şirkətləri qlobal epidemiyanı dayandırmaq üçün mübarizə aparırlar. 

News24.az NTV-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), dünyada üzrə koronavirusa qarşı 83  peyvənd hazırlandığını və bunlardan 6-nın insan üzərində sınaq mərhələsində olduğu açıqlayıb. Bildirilib ki, virusa qarşı potensial peyvəndlərin 3-ü Çində sınaqdan keçirilir. 

Qeyd edək ki, qərargahı ABŞ-ın Boston şəhərində yerləşən "Moderna" dərman şirkəti Çinin koronavirusun genetik ardıcıllığını elan etdikdən iki gün sonra "mRNA-1273" adlı potensial peyvənd hazırladıqlarını açıqlaməşdı.