Dəridə bənövşəyi-mavi ləkə - KORONAVİRUSUN YENİ ƏLAMƏTİ
    • 24-04-2020, 17:24
    • 1 012

Dəridə bənövşəyi-mavi ləkə - KORONAVİRUSUN YENİ ƏLAMƏTİ

ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri yeni bir növ koronavirus üçün simptomların siyahısını yeniləyib.

News24.az "Sputnik"ə istinadən xəbər verir ki, təlimatlarda əvvəlcə üç əsas simptomu sadalanıb. Bunlar atəş, öskürək və tənginəfəslikolub. Daha sonra isə siyahıya titrəmələr, yorğunluq hissi, əzələ ağrısı, baş ağrısı, boğaz ağrısı, qoxu itkisi daxil edilib.

Bundan əlavə, təcili tibbi yardım tələb edən dörd şərt də əlavə edilib. Bunların arasında nəfəs çatışmazlığı, davam edən sinə ağrısı, qarışıqlıq, siyanozdur (dərinin və selikli qişaların bənövşəyi-mavi ləkələnməsi - ed.).