Moskvada daha 41 nəfər koronavirusdan ÖLDÜ
    • 24-04-2020, 23:28
    • 743

Moskvada daha 41 nəfər koronavirusdan ÖLDÜ

Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə koronavirusla əlaqəli yaradılmış operativ qərargah məlumat verib.

Məlumata görə, son sutka ərzində COVID-19-dan 41 nəfər ölüb.

“Ölənlər arasında 34 yaşdan 92 yaşa qədər olan xəstələr var. Vəfat edən xəstələrin çoxunda başqa xəstəliklər də mövcud olub”, - deyə operativ qərargahın məlumatında bildirilir.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /Report/