40-dan çox adam qidadan zəhərləndi - Bu ölkədə
Dünya
Türkiyədə qida zəhərlənməsi ilə bağlı iki ayrı hadisə qeydə alınıb, nəticədə ümumilikdə 43 nəfər xəsarətlə xəstəxanaya çatdırılıb.
News24.az xəbər verir ki, Sakarya vilayətində qızlar yataqxanasında qalan 23 tələbə küçədən aldıqları qidanı yedikdən sonra vəziyyətlərinin pisləşməsi səbəbilə tibbi yardıma müraciət edib. Onlarda ürəkbulanma, başgicəllənmə və ümumi halsızlıq müşahidə olunub. İlkin ehtimallara əsasən, tələbələr toyuq dönərindən zəhərlənib.
Bursa şəhərində isə bir orta məktəbdə verilən nahardan sonra 60-a yaxın şagird və əməkdaş özlərini narahat hiss edib. Onlardan 20 nəfəri zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb.