Nur Yerlitaşın dəfni İZADİHAMSIZ KEÇDİ

Nur Yerlitaşın dəfni İZADİHAMSIZ KEÇDİ
Dünya

28 aprel 2020, 22:38

Mətn ölçüsü

Aprelin 27-də dünyasını dəyişən Türkiyənin məşhur modelyeri Nur Yerlitaş dəfn edilib.

News24.az xəbər verir ki, koronavirusa görə mərhum modelyerin dəfn mərasimi keçirilməyib.

64 yaşlı modelyerin cənazə namazında 50 nəfər ailə dostu və müğənni Sibel Can iştirak edib.

Modelyer anasının yanında "Ulus" qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Nur Yerlitaş beyin və sinə xərçəngindən əziyyət çəkib.