Ərdoğan Trampa MƏKTUB GÖNDƏRDİ

Ərdoğan Trampa MƏKTUB GÖNDƏRDİ
Dünya

29 aprel 2020, 10:29

Mətn ölçüsü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti Donald Trampa məktub göndərib. 

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, ABŞ-a tibbi vəsait köməyi birlikdə göndərilən məktubda R.T.Ərdoğan birgə göstərilən səylərlə koronavirusa qalib gələcəklərini qeyd edib:"İnanıram ki, bu böhranla mübarizədən əldə etdiyimiz dərslər və inkişaf etdirdiyimiz yeni imkanlarla daha çox səhiyyə sahəsində gələcəyə irəliləyəcəyik".