Türkiyədə təhsil müəssisələri mayın 31-dək bağlı qalması QƏRARA ALINDI

Türkiyədə təhsil müəssisələri mayın 31-dək bağlı qalması QƏRARA ALINDI
Dünya

29 aprel 2020, 12:30

Mətn ölçüsü

Türkiyədə təhsil müəssisələrinin bu il mayın 31-dək bağlı qalmasına qərar verilib.

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə Milli Təhsil Naziri Ziya Səlcuq mətbuat konfransında bildirib.

Nazir deyib ki, bu müddətdə onlayn təhsilə davam ediləcək. O, şagird və valideynləri onlayn təhsilə daha çox üstünlük verməyə çağırıb. Nazir vurğulayıb ki, şagird və tələbələr növbəti tədris ilində təhsillərini siniflərdə davam etdirəcəklər. 

Qeyd edək ki, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması səbəbi ilə mart ayından təhsil müəssisələrində tətil elan edilib.