Putinin Yaponiyaya hədiyyə etdiyi "Sülh" KARANTİNƏ ALINDI - FOTO

Putinin Yaponiyaya hədiyyə etdiyi "Sülh" KARANTİNƏ ALINDI - FOTO
Dünya

29 aprel 2020, 16:00

Mətn ölçüsü

Yaponiyada Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən şimali Akita prefekturasının qubernatoruna hədiyyə edilmiş pişik koronavirusa görə karantinə alınıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Sülh ləqəbli Sibir pişiyi, qubernator Norihisa Satakenin evinə göndərilib. 

Yaponiya bölgəsinin rəhbəri Putinin hədiyyə etdiyi pişiyin məmurun evində təcrid olunduğunu söyləyib.

Qeyd edək ki, Putin, pişiyi 8 il əvvəl 2012-ci ilin fevral ayında Yapon qubernatoruna hədiyyə edib. "Sülh"ün qubernatorun digər altı pişiyi ilə yaxşı davrandığı bildirilib.