İranda koronavirusa yoluxanların sayı 95 MİNİ KEÇDİ
    • 1-05-2020, 15:03
    • 727

İranda koronavirusa yoluxanların sayı 95 MİNİ KEÇDİ

İranda koronavirusa yoluxanların sayı 95 mini keçib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmisi Koyanuş Cahanpur məlumat verib. Qurum rəsmisi bildirib ki, gün ərzində daha 1006 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkə ərazisində yoluxma sayı 95 min 646 nəfərə çatıb. 

Bildirilib ki, ölkədə daha 63 nəfər virusun qurbanı olub. 

Qeyd edək ki, İranda 6091 nəfər koronavirusdan ölüb.