140 milyon avro İTİRDİ
    • 5-05-2020, 23:31
    • 1 051

140 milyon avro İTİRDİ

İspaniya futbol çempionatının lideri “Barselona”nın koronavirus pandemiyası ilə əlaqədar turnirlərin təxirə salınması səbəbindən maliyyə itkiləri 120-140 milyon avro arası təşkil edib.

News24.az
 xəbər verir ki, bunu “ESPN” kanalına açıqlamasında klubun vitse-prezidenti Jordi Kardoner deyib.

Onun sözlərinə görə, “Barselona” matçlara və klubun muzeyinə bilet satışının olmamasından təxminən 50 milyon avro, televiziya verilişlərindən 39 milyon avro, klub dükanları və futbol məktəbi daxil olmaqla potensial kommersiya gəlirlərindən 20 milyon avro itirib.

İspaniya çempionatı mart ayında dayandırılıb. 27 turdan sonra “Barselona” 58 xalla turnir cədvəlinə başçılıq edir.