"Apple"dan koronavirus qərarı - iOS 14 BU TARİXDƏ TƏQDİM EDİLƏCƏK

"Apple"dan koronavirus qərarı - iOS 14 BU TARİXDƏ TƏQDİM EDİLƏCƏK
Dünya

06 may 2020, 10:59

Mətn ölçüsü

"Apple" şirkəti iOS 14 yeni mobil əməliyyat sisteminin təqdim ediləcəyi tədbirin tarixini açıqlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Apple'dan edilən şərhə görə, WWDC 2020 22 İyunda keçiriləcək.

Yeni avadanlıqların da təqdim ediləcəyi tədbir koronavirus pandemiyası ilə əlaqədar olaraq internet üzərində keçiriləcək. 

iOS14 sistem yenilənməsi iPhone 6s modelindən başlayaraq ən son iPhone 11 Pro Max modelinə qədər olan bütün telefonlara gələcək.