Daha bir futbolçuda koronavirus AŞKARLANDI
    • 6-05-2020, 22:26
    • 1 053

Daha bir futbolçuda koronavirus AŞKARLANDI

İtaliyada daha bir futbolçuda koronavirus pandemiyası aşkarlanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, "Torino" klubu bu barədə informasiya yayıb. Turin təmsilçisi rəsmi saytı vasitəsilə futbolçulardan birinin koronavirus testinin müsbət nəticə verdiyini bəyan edib. Adı açıqlanmayan futbolçu artıq karantinə alınıb və vəziyyəti nəzarət altındadır.

Qeyd edək ki, İtaliya A seriyasının rəhbərliyi çempionatın iyunun ortalarından bərpa etməyi planlaşdırır.