ÜST: Dünyada koronavirusa yoluxanların SAYI

ÜST: Dünyada koronavirusa yoluxanların SAYI
Dünya

07 may 2020, 00:35

Mətn ölçüsü

Dünyada koronavirusa yoluxanların sayı 3,6 milyon nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilat bildirib ki, son bir gündə dünyada COVID-19-a daha 71 min nəfər yoluxub. Eyni zamanda təsdiq edilmiş ölüm hallarının sayı daha 4 min artaraq 247 mini ötüb.

ÜST-ün son məlumatına görə, dünyada virusa yoluxanların sayı 3 588 463 nəfər təşkil edir, 247 503 pandemiyanın qurbanı olub. Son bir gündə dünyada COVID-19-a yoluxanların sayı 71 463 nəfər, ölənlərin sayı 4 102 nəfər artıb. Avropa hələ də koronavirusa yoluxanların və ölənlərin ümumi sayına görə öndədir. Köhnə qitədə COVID-19-a 1 593 828 nəfər yoluxub, 147 780 pasiyent ölüb. Bu qitədə son 24 saatda virusa yoluxanların sayı 27 179, ölənlərin sayı 2 178 nəfər artıb.