Koronavirusaa yoluxanlar 3 milyonu ötdü - ÜST

Koronavirusaa yoluxanlar 3 milyonu ötdü - ÜST
Dünya

07 may 2020, 09:10

Mətn ölçüsü

Dünyada koronavirusa yoluxanların sayı 3,6 milyon nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd edilir ki, son sutkada dünyada virusa yoluxanların sayı 3 588 463 nəfər təşkil edir, 247 503 pandemiyanın qurbanı olub. Son bir gündə dünyada COVID-19-a yoluxanların sayı 71 463 nəfər, ölənlərin sayı 4 102 nəfər artıb.

Avropa hələ də koronavirusa yoluxanların və ölənlərin ümumi sayına görə öndədir. Köhnə qitədə COVID-19-a 1 593 828 nəfər yoluxub, 147 780 pasiyent ölüb. Bu qitədə son 24 saatda virusa yoluxanların sayı 27 179, ölənlərin sayı 2 178 nəfər artıb.

Şimali və Cənubi Amerikada virusa 1 507 148 insan yoluxub, 81 070 nəfər ölüb. Bu region son bir gündə COVID-19-a yoluxma sayına (29 701) görə Avropanı üstələyib. Amerika qitəsində son gündə 1 480 pandemiya qurbanı olub.