Dünyada ilk! Koronavirusu zərərsizləşdirəcək PEYVƏND İCAD EDİLDİ
    • 7-05-2020, 11:29
    • 824

Dünyada ilk! Koronavirusu zərərsizləşdirəcək PEYVƏND İCAD EDİLDİ

İtalyalı alimlər COVID-19 xəstəliyinə səbəb olan yeni növ koronavirusu zərərsizləşdirə biləcək dünyada ilk peyvəndi icad ediblər.

News24.az "The Daily Mail"-ə istinadən xəbər verir ki, "Takis Biotech" mütəxəssisləri peyvəndi siçanlara köçürüblər və onlardan antikor - virusa cavab olaraq istehsal olunan qan plazma zülallarını götürüblər.

Bu antikorların laboratoriya şəraitində insan hüceyrələrindəki virusu məhv edə biləcəyi məlum olub.

Alimlər payızda peyvəndi insanlarda sınaqdan keçirməyi planlaşdırırlar:"Bildiyimizə görə, dünyada peyvənd ilə koronavirusun zərərsizləşdirilməsini nümayiş etdirən ilk insan olduq".

Hal-hazırda sınaqdan keçirilən peyvənd İtaliyada yaradılanların ən perspektivlisi hesab olunur.

Bununla birlikdə İngiltərənin Səhiyyə naziri Metyu Hankok yeni koronavirus üçün antidotun tapılacağına dair heç bir zəmanətin olmadığını qeyd edib.

Onun fikrincə, nikbinliyə səbəb də yoxdur.