41 yaşlı qadın 15-ci övladını dünyaya gətirdi
Dünya
Moskva sakini 41 yaşlı Nadejda Roqova 15-ci övladını dünyaya gətirib.
News24.az xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Roqova avqust ayında Vera adlı qız uşağı dünyaya gətirib. Bununla da Nadejda və İvan Roqovun ailəsində uşaqların sayı 15-ə çatıb.
Cütlüyün 10 qızı və 5 oğlu var. Məlumata görə, Nadejdanın bütün doğuşları təbii yolla, epidural anesteziya olmadan baş verib. Həyat yoldaşı İvan isə hər dəfə doğuş zamanı onun yanında olub.