İran dalbadal SİLKƏLƏNDİ

İran dalbadal SİLKƏLƏNDİ
Dünya / HADİSƏ

08 may 2020, 01:47

Mətn ölçüsü

İranda daha bir ərazisində zəlzələ baş verib.

News24.az xəbər verir ki, İranın yerli vaxtla saat 01:46 radələrində Lorestan əyalətinin Firuzabad bölgəsində 4 bal gücündə zəlzələ qeydə alınıb.

Yeraltı təkanların episentri Lorestan əyalətinin Firuzabad bölgəsində, ocağı isə 16 kilometr dərinlikdə yerləşib.


***
00:24

İranın paytaxtı Tehranda zəlzələ baş verib.

News24.az xəbər verir ki, 3 bal gücündə hiss olunan yeraltı təkanlar yerli vaxtla saat 23:30 radələrində qeydə alınıb. Zəlzələnin episentri Tehranın Dəmavənd bölgəsndə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tehranda baş verən zəlzələdən sonra İran hökuməti nisbətən köhnə binalarda yaşayan sakinlərə çağırış edib. Onlara mənzilləri tərk edərək, küçəyə çıxmaq tövsiyə olunub.