3 mindən çox koronavirusa yoluxma - 43 ÖLÜ
    • 8-05-2020, 12:16
    • 674

3 mindən çox koronavirusa yoluxma - 43 ÖLÜ

Ermənistanda koronavirus xəstələrinin sayı 3 mini keçib. 

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sutka ərzində 145 yeni yoluxma qeydə alınıb. Bununla da ümumi xəstələrin sayı 3029 nəfərə çatıb. 

Qeyd edilib ki, bu günə qədər Ermənistanda 43 koronavirus xəstəsi ölüb.