Daha bir ölkədə PİŞİK KORONAVİRUSA YOLUXDU
    • 8-05-2020, 14:09
    • 875

Daha bir ölkədə PİŞİK KORONAVİRUSA YOLUXDU

İspaniyada pişiyin koronavirusa ilk yoluxma halı qeydə alınıb. 

News24.az "Pais"ə istinadən xəbər verir ki, Neqrito ləqəbli 4 yaşlı pişik bütün üzvləri koronavirusa yoluxan ailədə yaşayır. Pişikdə nəfəs darlığı, ürək tutması və qızdırma müşahidə edilib. 

Veterinar pişiyin iynə vasitəsi ilə öldürülməsi və ekspertiza edilməsini istəyib. Məlum olub ki, heyvanda koronavirus əlamətləri var. Lakin qızdırma, nəfəs darlığı və ürək tutmasının koronavirusla əlaqəsi olmayıb.