İtaliyada koronavirus qurbanlarının SAYI
    • 8-05-2020, 20:22
    • 648

İtaliyada koronavirus qurbanlarının SAYI

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 30 mini keçib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Bildirilir ki, son sutka ərzində İtaliyada 243 nəfər bu virusdan ölüb.

Epidemiyanın başlanğıcından bəri ölkə ərazisində virusa yoluxanların sayı 217 185 nəfərə çatıb, onlardan 99 mindən çoxu sağalıb.