72 həkim koronavirusa YOLUXDU
    • 9-05-2020, 20:29
    • 678

72 həkim koronavirusa YOLUXDU

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxan həkimlərin sayı 72 nəfərə çatıb. 

News24.az xəbər verir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsersvadze məlumat verib. O, bildirib ki, ölkədə bütün yoluxanların 10%-dən çoxunu həkimlər təşkil edir.

Qeyd edək ki, Gürcüstanda təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı bu gün 626-ya çatıb. Yoluxanlardan 297 nəfərin sağaldığı, 10 nəfərin isə öldüyü bildirilir, ölkə üzrə 4717 nəfər isə karantində saxlanılır.