“Simpsonlar” bunu da BİLİRDİ
    • 9-05-2020, 21:10
    • 1 323

“Simpsonlar” bunu da BİLİRDİ

“Simpsonlar” cizgi filminin “öncəgörmə qabiliyyəti” hələ bir neçə il bundan əvvəl dünyanın heyrətinə səbəb olmuşdur.

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, cizgi filminin de-şifrə olunmasını və oradakı siyasi proqnozlaşdırma faktlarının da öyrənilməsini zamanı məlum oldu ki, “Ebola” virusu, Suriya, "11 sentyabr" terroru kimi hadisələr hələ 1990-cı illərin sonunda “Simpsonlar” da öz əksini tapıb.

Bu dəfə isə cizgi filmi Amerikada "Vespa mandarinia" adlı Asiya mənşəli nəhəng qatil arılarını əvvəlcədən bilməsi ilə gündəmə gəlib. Boyu 3 və 5 santimetr ölçüsündə olan eşşək arıları ABŞ-a gəldikdən sonra ölkədə çaxnaşmaya səbəb olub. Vaşinqton Dövlət Universitetinin (WSU) tədqiqatçıları dünyanın ən böyük arısı olaraq bilinən bu növün insanı bir neçə dəfə dişləməsi nəticəsində, onun ölümünə səbəb ola biləcəyini təsdiq edib.

Qeyd edək ki, bu tip arılara qatil arılar deyilir. "Qatil arı" ləqəbli arıların zəhərləri Şərqi Asiyada yaşayan yerli əhalidən ildə təxminən 50 nəfəri öldürə bilər.