Berlində irqçiliyə qarşı etiraz aksiyası TƏŞKİL OLUNDU
    • 10-05-2020, 15:17
    • 817

Berlində irqçiliyə qarşı etiraz aksiyası TƏŞKİL OLUNDU

Almaniyanın paytaxtı Berlində irqçiliyə qarşı etiraz aksiyası təşkil olunub.

News24.az Report-a istinadən xəbər verir ki, “İrçiliyə qarşı birlik” təşkilatı tərəfindən keçirilən aksiyaya Berlində yaşayan və müxtəlif diaspor təşkilatlarında təmsil olunan Azərbaycan vətəndaşları da dəstək veriblər. 

Aksiya bu ilin fevral ayında Almaniyanın Hanau şəhərində irqçi hücum nəticəsində həyatını itirən 4-ü Türkiyə vətəndaşı olmaqla, 9 nəfərin xatirəsinin bir dəqiqləlik sükutla yad edilməsi ilə başlayıb.

Aksiya iştirakçıları Almaniyada əcnəbilərə qarşı edilən hücumların hüquq mühaizə orqanlarında yetərincə araşdırılmamasını, məhkəmələrin bu tip cinayətlərlə bağlı düzgün qərar vermədiyini bildiriblər. Onlar buna misal olaraq, 2000-2006-cı illərdə biri yunan olmaqla, 9 Türkiyə vətəndaşının öldürüldüyü “NSU” cinayətini göstəriblər.

İştirakçılar Almaniyada Federal Daxili İşlər Nazirliyində, eyni zamanda idarə məhkəmələrində irqçi məmurların olduğuna diqqət çəkiblər.

İcazəli aksiya yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı təhlükəsizlik tədbirlərinə uyğun şəkildə baş tutub.