Aeroportda güclü yanğın BAŞLADI

Aeroportda güclü yanğın BAŞLADI
Dünya / HADİSƏ

10 may 2020, 21:20

Mətn ölçüsü

Almaniya paytaxtının şimalında, Teqel aeroportunda anbarların yerləşdiyi məkanda yanğın baş verib.

News24.az  xəbər verir ki, bu barədə şəhərin yanğından mühafizə xidməti məlumat yayıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri məlum deyil.

“Bir neçə anbar yanır. Əraziyə 110 əməkdaşla cəlb olunmuşuq və bir neçə istiqamətdə yanğınla mübarizə aparırıq”, - deyə yanğından mühafizə xidməti özünün “Twitter” səhifəsində bildirib.

Hazırda polis əraziyə gedən yolları bağlayıb.